Sual yazanların reytinqi
Adminlər
Suallar
Admin 5000
Ə. Ülkər. 300
İ. İsmayıl 230
C. Şəhriyar 100
H. Vaqif 90
Ə. Könül 80

II fəsil. Azərbaycan XVIII əsrin birinci yarısında
§13. Rusiyanın Xəzəryanı bölgələrdə hökmranlığı. Hissə 1.

Sual 1
Rusiyanın Qafqazda və Xəzər dənizi hövzəsində nüfuzunun sabitləşməsində mühüm rol oynayan amillər nələr idi?
Cavab 1
Rus qoşunlarının Dərbənddə, Bakıda və Rəştdə möhkəmlənməsi: 1722-1724-cü illərdə Cənubi Qafqazda bir sıra hərbi əməliyyatlar keçirilməsi.
Müəllif: Admin
Əlavə edilib: 28.07.2010

Sual 2
Rusiyanın Qafqazda və Xəzər dənizi hövzəsindəki mövqeyinin sabitləşməsi ona hansı imkanı verirdi?
Cavab 2
Dərbənd keçidinə və Xəzərin limanlarına nəzarət etmək, osmanlıların Xəzər sahillərinə yürüşünün qarşısını almaq.
Müəllif: Admin
Əlavə edilib: 28.07.2010

Sual 3
Rusiya ilk vaxtlar işğal etmiş olduğu Xəzəryanı bölgələri idarə etmək üçün hansı idarə üsulunu yaratdı?
Cavab 3
Komendant idarə üsulu.
Müəllif: Admin
Əlavə edilib: 28.07.2010

Sual 4
I Pyotr Azərbaycanın hansı sərvətinə daha çox maraq göstərirdi?
Cavab 4
Ağ neftə.
Müəllif: Admin
Əlavə edilib: 28.07.2010

Sual 5
I Pyotrun Rusiyadan Azərbaycana mütəxəssislər göndərməkdə məqsədi nə idi?
Cavab 5
Qızıl, gümüş, mis filizi yataqlarını aşkara çıxartmaq.
Müəllif: Admin
Əlavə edilib: 28.07.2010
Hissə1 2 3
Copyright © S.B.S. (Şagird.az) 2009-2010