Sual yazanların reytinqi
Adminlər
Suallar
Admin 5000
Ə. Ülkər. 300
İ. İsmayıl 230
C. Şəhriyar 100
H. Vaqif 90
Ə. Könül 80

Azərbaycan Atabəylər (Eldənizlər) dövləti
§4. Azərbaycan Atabəylər (Eldənizlər) dövləti. Hissə 2.

Sual 6
Eldənizlər dövlətinin paytaxtı əvvəllər hansı şəhər idi?
Cavab 6
Naxçıvan şəhəri.
Müəllif: Admin
Əlavə edilib: 24.07.2010

Sual 7
Şəmsəddin Eldəniz nə vaxt “Böyük Atabəy” titulu aldı və oğulluğu Arslan şahın sultan elan edilməsinə nail oldu?
Cavab 7
1160-cı ildə.
Müəllif: Admin
Əlavə edilib: 24.07.2010

Sual 8
Gürcülər nə vaxt Dəbil şəhərinə hücum etdilər?
Cavab 8
1161-ci ildə.
Müəllif: Admin
Əlavə edilib: 24.07.2010

Sual 9
Eldənizlər dövləti Şəmsəddin Eldənizin hakimiyyətinin sonuna yaxın hansı əraziləri əhatə edirdi?
Cavab 9
Dərbənd keçidindən İran körfəzinə qədər çox geniş əraziləri.
Müəllif: Admin
Əlavə edilib: 24.07.2010

Sual 10
Azərbaycan Eldənizlər dövlətinin tərkibinə hansı ərazilər daxil idi?
Cavab 10
Azərbaycan, o cümlədən Arran və Şirvan, əl – Cibal ölkəsi, İraq, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey.
Müəllif: Admin
Əlavə edilib: 24.07.2010
Hissə 1 2 3
Copyright © S.B.S. (Şagird.az) 2009-2010