Sual yazanların reytinqi
Adminlər
Suallar
Admin 5000
Ə. Ülkər. 300
İ. İsmayıl 230
C. Şəhriyar 100
H. Vaqif 90
Ə. Könül 80

Fəsil XI. DƏRİ
§41. Dərinin quruluşu və funksiyaları. Hissə 2.

Sual 6
İnsanların dərisinin ağ və ya tünd olması nədən asılıdır?
Cavab 6
Epidermisin üst təbəqəsində yerləşən hüceyrələrin tərkibindəki piqmentin miqdarından və tərkibindən
Müəllif: Ə.Könül
Əlavə edilib: 30.07.2010

Sual 7
Dəridəki piqmentlərin miqdarı nəyin təsirindən artır?
Cavab 7
Günəş şüalarının təsirindən
Müəllif: Ə.Könül
Əlavə edilib: 30.07.2010

Sual 8
Gündən qaralmış dərinin nə kimi əhəmiyyəti var?
Cavab 8
Günəş spektrindəki zərərli ultrabənövşəyi şüaları çox hissəsini orqanizmə buraxmır.
Müəllif: Ə.Könül
Əlavə edilib: 30.07.2010

Sual 9
Dərinin hansı qatında qan damarları yoxdur?
Cavab 9
Epidermisdə
Müəllif: Ə.Könül
Əlavə edilib: 30.07.2010

Sual 10
Epidermisin alt qatına yaxınlaşan damarların nə kimi əhəmiyyəti var?
Cavab 10
Burada yerləşən hüceyrələri oksigen və qida maddələri ilə təmin edir.
Müəllif: Ə.Könül
Əlavə edilib: 30.07.2010
Hissə 1 2 3 4 5
Copyright © S.B.S. (Şagird.az) 2009-2010