Sual yazanların reytinqi
Adminlər
Suallar
Admin 5000
Ə. Ülkər. 300
İ. İsmayıl 230
C. Şəhriyar 100
H. Vaqif 90
Ə. Könül 80

Orqanizmlərin çoxalması və inkişafı
§1. DNT-nin ikiləşməsi və interfaza. Hissə 1.

Sual 1
DNT-nin ikiləşməsi prosesi nə ilə başlayır?
Cavab 1
DNT-nin ikizəncirli molekulu arasındakı hidrogen rabitələri qırılır və zəncirlər bir-birindən aralanır.
Müəllif: Admin
Əlavə edilib: 17.07.2010

Sual 2
Canlılarda çoxalma hansı quruluş səviyyəsində baş verir?
Cavab 2
Molekulyar səviyyədə, hüceyrəyəqədərki, hüceyrə səviyyəsində.
Müəllif: Admin
Əlavə edilib: 17.07.2010

Sual 3
Komplementarlıq nə deməkdir?
Cavab 3
Bu söz tamamlama deməkdir və sərbəst nukleotidlərdən bu prinsipin əsasında hər bir əvvəlki zəncirə müvafiq yeni zəncirin yığılması deməkdir.
Müəllif: Admin
Əlavə edilib: 17.07.2010

Sual 4
Komplementarlıq əsasında adenin və quarin qarşısında hansı nukleotidlər durur?
Cavab 4
Adenin qarşısında ona komplementar olan timin, quanin qarşısında isə sitozin durur.
Müəllif: Admin
Əlavə edilib: 17.07.2010

Sual 5
DNT molekulunun reduplikasiyası, yəni ikiləşməsi nə deməkdir?
Cavab 5
Hər DNT molekulunda köhnə zəncirin qarşısında yeni zəncirin yaranması prosesinə reduplikasiya deyilir.
Müəllif: Admin
Əlavə edilib: 17.07.2010
Hissə1 2 3
Copyright © S.B.S. (Şagird.az) 2009-2010