Sual yazanların reytinqi
Adminlər
Suallar
Admin 5000
Ə. Ülkər. 300
İ. İsmayıl 230
C. Şəhriyar 100
H. Vaqif 90
Ə. Könül 80

Orqanizmlərin çoxalması və inkişafı
§1. DNT-nin ikiləşməsi və interfaza. Hissə 2.

Sual 6
DNT molekulunun sintezi nəyin iştirakı ilə gedir?
Cavab 6
Bu prosesdə bütövlükdə fermentlər qrupu iştirak edir.
Müəllif: Admin
Əlavə edilib: 17.07.2010

Sual 7
DNT zəncirinin quruluşu nəyin təsirindən pozula bilər?
Cavab 7
Bəzi kimyəvi və fiziki faktorların (ultrabənövşəyi və ionlaşdırıcı şüalar, yüksək temperatur və s.) təsirindən.
Müəllif: Admin
Əlavə edilib: 17.07.2010

Sual 8
Hansı orqonoidlərdə çoxalma hüceyrəyəqədərki səviyyədə baş verir?
Cavab 8
DNT-yə malik hüceyrə orqonoidlərində, yəni mitoxondrilər, plastidlər DNT-nin olması hesabına ikiyə bölünməklə çoxala bilir.
Müəllif: Admin
Əlavə edilib: 17.07.2010

Sual 9
Hüceyrə səviyyəsində çoxalmaya hansılar aiddir?
Cavab 9
Bu çoxalmaya hüceyrənin mitoz, amitoz və meyoz bölünməsi aiddir.
Müəllif: Admin
Əlavə edilib: 17.07.2010

Sual 10
Hüceyrənin interfaza mərhələsi nədir?
Cavab 10
Bölünmədən əvvəl hüceyrələrin bölünməyə hazırlıq mərhələsi interfaza adlanır (latınca inter – arasında).
Müəllif: Admin
Əlavə edilib: 17.07.2010
Hissə 1 2 3
Copyright © S.B.S. (Şagird.az) 2009-2010