Sual yazanların reytinqi
Adminlər
Suallar
Admin 5000
Ə. Ülkər. 300
İ. İsmayıl 230
C. Şəhriyar 100
H. Vaqif 90
Ə. Könül 80

III fəsil. QƏDİM YUNANISTAN
§25. Yunanıstanın mədəniyyəti. Hissə 2.

Sual 6
Yunanıstanda ən yaxşı məktəblər harada açılmışdı?
Cavab 6
Afinada.
Müəllif: Admin
Əlavə edilib: 23.07.2010

Sual 7
Yunan məktəblərində şagirdlər nələri əzbərləyirdilər?
Cavab 7
Homerin və Hesioadun şerlərini.
Müəllif: Admin
Əlavə edilib: 23.07.2010

Sual 8
Yazını nə ilə yazırdılar?
Cavab 8
Stil adlanan metal çubuqla.
Müəllif: Admin
Əlavə edilib: 23.07.2010

Sual 9
Teatr sözünün mənası nədir və Yunanıstanda ilk teatr binaları nə vaxt tikilmişdir?
Cavab 9
Teatr - “tamaşa yeri” deməkdir, e.ə. V əsrin sonları-IV əsrdə ilk teatr binaları tikilmişdir.
Müəllif: Admin
Əlavə edilib: 23.07.2010

Sual 10
Tragediya nə deməkdir?
Cavab 10
“Keçilər mahnısı”.
Müəllif: Admin
Əlavə edilib: 23.07.2010
Hissə 1 2 3 4 5
Copyright © S.B.S. (Şagird.az) 2009-2010