İzahlı lüğət

EFİR

[yun.] 1. Qədim yunanların təsəvvürüncə: havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsi.
Dünyanı əhatə edən hava, radiodalğalarının yayıldığı fəza. Efır iclas salonunun təntənəli səsini xəbər verdi. Ə.Vəliyev. Efirdə qarışıb səslər səslərə; Yalanlar titrəyir; Əsir havada. B.Vahabzadə. Keçmişdə təsəvvür edildiyinə görə, havadan daha xəfif olub, fəzanı dolduran işıq, hərarət, elektrik və s.-nin yayılması üçün vasitə olan axıcı cisim, maddə.
kim. Xarakter iyi olan rəngsiz uçucu maddə, üzvi birləşmə (təbabətdə, ətriyyat istehsalında, texnikada işlənir). Efir iyi.
□□ Efir yağı - bəzi bitkilərin tərkibində olan xoşiyli uçucu yağlı maye (sənayenin bəzi sahələrində və təbabətdə işlənir).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed