İzahlı lüğət

EHMAL

[ər.] 1. zərf Yavaş, yavaşca, sakit, asta, üsullu. Qapını ehmal açmaq. Sözü ehmal demək. - Bir para söz də deyir ehmal kişi! Ağzıdualı, qoca baqqal kişi! M.Ə.Sabir. Novruzəli kağızı ehmal qoydu qoynuna.. C.Məmmədquluzadə. Başımı yavaşca qovzayıb yan-yörəmə baxdım. Heyvan sümüyündən və zibilindən savayı bir şey görmədim. Ehmal qalxıb, Allahı çağıra-çağıra süründüm lağıma doğru. Çəmənzəminli.
is. klas. Aldırmama, əhəmiyyət verməmə, fikir verməmə, etina etməmə, etinasızlıq, başısoyuqluq. Tez çəkməzsən cəfa tiğin məni öldürməyə; Oldürər axir məni bir gün bu ehmalın sənin. Füzuli. Vüsali-yar biəğyar, məclis xali, mey hazır; Nədir ehmalə bais, saqiya, öldüm, aman, doldur! S.Ə.Şirvani. Ehmal etmək (eləmək) - fikir verməmək, əhəmiyyət verməmək, etina etməmək, aldırmamaq, başısoyuqluq göstərmək. ..Əgər bir kəs cüzvi ehmal eləsə, başını və qolunu xurd edərlər. M.F.Axundzadə. Bağa doğru get, eyləmə ehmal; Oğrunu tap o yerdə, börkünü al. M.Ə.Sabir.
ehmal-ehmal zərf Yavaş-yavaş, astaasta, ağır-ağır; səs, gurultu salmadan. Ehmal-ehmal danışmaq. Ehmal-ehmal yerimək. - [Salman] salam verib ocağın qırağındakı balaca döşəkcənin üstündə oturdu, ehmal-ehmal hıqqıldamağa başladı. Ə.Vəliyev. Bağır kimisə hürküdəcəyindən qorxurmuş təkin pilləkəni ehmal-ehmal qalxdı və qapının ağzında ayaq saxladı. I.Məlikzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed