İzahlı lüğət

EHTİMAL

is. [ər.] 1. Bir şeyin ola bilməsi, baş verə bilməsi, mümkünlüyü. Onun bu gün gəlməyinə ehtimal azdır. - Natəvandır ol, bu təklifə yoxdur ehtimal. Füzuli. Əziz balalar!.. Həmin bağlı otaqda 30-40 nəfər adam bir neçə vaxt davam edərsə, axırda bəzi azarlara mübtəla olub həlak olmaqlarına ehtimal var. N.Nərimanov.
Ara söz mənasında (çox vaxt “ki” bağlayıcısı ilə) - ola bilsin ki, yəqin ki, mümkündür. Mən sizi 6- 7 ay əvvəl, bir kişi ilə bərabər gəzən görərdim.. [O] gözlərinə qara rəngli bir gözlük taxırdı. Ehtimal ki, gözləri görməyirdi. S.Hüseyn. [Aydəmir:] ..Fəqət, ehtimal ki, mən atdığım dəymişdir.. C.Cabbarlı. Ehtimal ki, o körpə heyvan balaca müsahibinin, onu yemləyib bəsləmək istəyən Baharın gəlməyini güman edib sevinmişdi. Mir Cəlal.
Güman, təxmin, təsəvvür, fərziyyə. Fəlakət zamanı ən kiçik bir ehtimal belə, insanın xəyalında min ümid oyadır. M.İbrahimov. Ehtimal etmək - mümkün hesab etmək, zənn etmək, güman etmək, təsəvvür etmək.
□□ Ehtimal nəzəriyyəsi - riyaziyyatın külli miqdarda təsadüfi hadisələrin qarşılıqlı təsirinə əsaslanan qanunauyğunluqlarını öyrənən şöbəsi. Təsadüfi hadisələrin ehtimallarını öyrənən elmə ehtimal nəzəriyyəsi deyilir. Z.Xəlilov. Hər (bir) ehtimala qarşı (görə) - mümkün ola biləcək, baş verə biləcək hadisəni, vəziyyəti və s.-ni nəzərə alaraq göz önündə tutmaq. Küçəyə çıxmaq lazım gəlirdi. Buna görə də hər ehtimala qarşı tədbir görmək lazım idi. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

EY2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed