.....i_l_by_id_with_comments EHTİYATLA sözünün izahı / EHTİYATLA sözünün mənası

İzahlı lüğət

EHTİYATLA

zərf 1. Qorxa-qorxa, çəkinəçəkinə, ehtiyat edərək, ehtiyat gözləyərək. Ehtiyatla danışmaq. Ehtiyatla yerimək.
..Çox möminlər var ki, Molla Nəsrəddini ehtiyatla bükür kağıza və bir cavan adam tapıb deyir ki, al bunu, oxu görək, molla nə yazır.. C.Məmmədquluzadə. Hacı Qulu .. ehtiyatla quyunun yanında uzanıb diqqətlə baxdı. A.Şaiq.
2. Yavaş, asta, səs salmadan, üsullu(ca), yavaşca. [Molla Xəlil] çox ehtiyatla müəllimin qapısına gəldi. S.Hüseyn. [Qaraş] Mayanı şirin səhər yuxusundan ayıltmaq istəməyərək ehtiyatla geyinib çölə çıxdı. M.İbrahimov. Tahirzadə çustlarını geyib kimsəni oyatmamaq üçün ehtiyatla evdə gəzdi. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....