EHTİYATLIsif. 1. Öz hərəkətlərində, işində ehtiyat gözləyən, meydana çıxa biləcək hər bir ehtimala qarşı lazımi tədbir görən. - Məmməd .. ehtiyatlı adam idi. M.İbrahimov. // zərf Ehmallı, üsullu, ehtiyatla. Çıxdım küçəyə və ehtiyatlı keçib getdim. C.Məmmədquluzadə. Qoy bizə gülməsin nə dost, nə də yad; Ehtiyatlı danış, ehtiyatlı dur! S.Vurğun. □ Ehtiyatlı olmaq
gözlənilən hər bir ehtimala qarşı tədbirli olmaq, üsullu iş görmək, qorxulu bir iş üçün hazır olmaq. Zaman ani olaraq qərara gəldi ki, ehtiyatlı olmaq lazımdır. S.Rəhimov. Axşam ovunda ehtiyatlı olmağı qərara aldım. M.Rzaquluzadə. 2. Tədarüklü, gələcək üçün ehtiyat saxlayan, tədarük edib saxlayan. Ehtiyatlı qadın. Ehtiyatlı ev. Paylaşın - Hamı bilsin
|