EKVİVALENT[lat.] 1. is. iqt. Başqa bir əmtəənin dəyərini təmsil edən əmtəə. ..Müəyyən bir əmtəənin ekvivalent forması onun başqa əmtəəyə bilavasitə mübadilə edilə bilməsi formasıdır. K.Marks (“Kapital”, tərcümə).
2. sif Eyniqiymətli, bərabərqüvvəli. Müasir elmdəki mülahizələr göstərir ki, cisimlərin inersiya kütləsi ilə ağırlıq kütləsi ekvivalentdir. Z.Xəlilov. Paylaşın - Hamı bilsin
|