ELANis. [ər.] 1. Yazılı, çap olunmuş bildiriş, xəbər, məlumat. Qəzet elanı. Divara elan vurmaq. Dərslərin başlanması haqqında elan. - Üç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Mir Cəlal. Elan etmək - 1) hamının eşidəcəyi tərzdə xəbər vermək, məlumat vermək, bildirmək. Iclası açıq elan etmək. Müharibə elan etmək (müharibə başladığını bildirmək).
Ruhanilər vahid bir cəbhə tutaraq Axundov komediyalarına qarşı cahad elan etdilər. Ə.Haqverdiyev. // Mətbuat vasitəsilə bildirmək. Ianə verənləri mətbuat səhifiələrində adbaad elan etmək çətin idi. Mir Cəlal; 2) açmaq, izhar etmək, bildirmək. Indi daha gəlib çatmış o zaman; Sənə bir gizli sirr edim mən elan. A.Səhhət. Elan vermək - məlumat vermək, xəbərdar etmək, bildirmək. Gəldiyev elan verib, sabaha büro iclası çağırdı. Mir Cəlal; 2) qəzet və ya mətbuat vasitəsilə bildirmək, xəbər vermək. Müşavirə haqqında qəzetdə elan vermək. Elani-eşq (elani-məhəbbət) etmək - eşq və məhəbbətini bildirmək, sevgisini elan etmək. [Məhəmmədcəfər] qadınlar məclisində qadın azadlığı haqqında məruzədə elani-eşq edən dərəcədə ləzzətli danışırdı. Qantəmir. köhn. Rəsmi bildiriş vərəqəsi. Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|