ELÇİLİKis. 1. Elçinin vəzifəsi, işi. // Elçinin idarəsi. Elçilikdə qəbul.
2. Elçi getmə, qız istəmə. [Gülpəri:] Hacı, qadan alım, mənim elə saçım elçilikdə ağarmayıbdırmı? Ə.Haqverdiyev. [Toğrul:] Adə Yaşar, mən istəyirəm axı səni.. elçiliyə göndərim. C.Cabbarlı. Mirzə Rəhman hələ evdən çıxmamış elçilik qaydalarından söhbət salıb məsləhətləşmişdi. Mir Cəlal. Elçilik eləmək - elçi sifəti ilə gedib qız istəmək. [Süleyman Əsgərə:] Gördüyün qızlardan birisini seç, sonra lələşini göndər, gedim elçilik eləyim, vəssalam. Ü.Hacıbəyov. [Rəşid:] Gərək mənim elçiliyimi Məşədi bəy özü eliyə. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|