.....i_l_by_id_with_comments
EMALATXANAis. [ər. emalat və fars. ...xanə] 1. İstehsal və ya təmir müəssisəsi, habelə bu cür müəssisənin binası; karxana. Xarrat emalatxanası. Tikiş emalatxanası. [İmran:] Yoldaşlar, bu günlərdə burada böyük emalatxana açılacaq. Ə.Haqverdiyev. Bir azdan səs-küylə işləyən bir təmir emalatxanasına yaxınlaşdılar. S.Rəhman. Fərman o gündən dərsdən sonra da emalatxanada müəllimindən eşitdikləri sözlər haqqında xeyli düşündü. Ə.Sadıq.
2. Rəssamın, heykəltəraşın iş otağı. Paylaşın - Hamı bilsin
|