İzahlı lüğət

ENDİRMƏK

f 1. Aşağı salmaq, düşürmək, yaxud enməsinə, aşağı düşməsinə kömək etmək. ..Söz var ki, dağa çıxardar, söz var ki, dağdan endirər. C.Məmmədquluzadə. Arvad ərini geyindirib, qolundan yapışıb, pilləkəndən endirib qayıtdı. Ə.Haqverdiyev.
Sallamaq, aşağı tutmaq. [Qız] sanki bir şey xatırlamaq istəyir də, tapa bilməyir kimi, kirpiklərini mütəmadiyən endirib-qaldırır, baxışının vəziyyətini heç dəyişmirdi. S.Hüseyn. Hümmətəli bircə saat bundan əvvəl qoyulmuş çuqun peçin yanında oturub başını sinəsinə endirmişdi. M.Hüseyn.
Aşağı çəkmək, aşağı sürüşdürmək. Papağı gözünün üstünə endirmək. - ..Memar Sadıqzadə üstünə çəkdiyi ipək yorğanı sinəsinə qədər endirdi. S.Rəhimov.
Aşağı salmaq, azaltmaq, ucuzlaşdırmaq. Qiymətləri endirmək.
məc. Vurmaq, ilişdirmək, çəkmək. Ağac endirmək. Qapaz endirmək. Yumruq endirmək. Qılınc endirmək. - ..Xudayar bəyin əlində yekə dəyənək var. Nə vaxt keyfi istəyir qaldırır, nə vaxt istəyir endirir. C.Məmmədquluzadə. Naznaz əlini qaldırıb Qaraşın təpəsinə endirəndə Qaraş onun biləyindən yapışıb sıxdı. M.İbrahimov. Aslan atasının endirdiyi yumruq altından sivişib çıxdı. M.Hüseyn.
məc. Düşürmək, salmaq, devirmək; məhrum etmək. Dünən eşitdim ki, Şeyx Əbdülhəmidi taxtdan endirdilər. C.Məmmədquluzadə. [Ağa Saleh:] Biz ağaları bu büsatdan endirən olmaz. S.S.Axundov.
məc. Lütf etmək, saymaq, iltifat göstərmək. Xəbər alıb əhvalımı bilmirsən; Endiribən məclisimə gəlmirsən. Aşıq Ələsgər. Bilməyən azdır ayı; Lovğalıqda yox tayı; “Mən çox qəşəngəm”, - deyə; Endirmədi kimsəyə. Ə.Cavad.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed