ENLƏNMƏKf. 1. Eninə böyümək, genəlmək. Jaket geyiləndən sonra enlənib. Enə vermək, eninə artmaq. Bunu qırıb atdıqda pambıq gücü uzanmağa yox, enlənməyə verir. Ə.Vəliyev.
Genişlənmək, yayılmaq, artmaq. Duman enlənib hər tərəfi tutdu. məc. Kökəlmək. Yaşadıqca cavanlana, enlənə; Bir hicabda, bir pərdədə əylənə. M.P.Vaqif. məc. Yayılmaq, yayılıb oturmaq. ..Qıssa, turşumuş xəmir kimi enlənib oturur. Mir Cəlal. məc. Şadlanmaq, sevinmək, məmnun olmaq. Bitərəflər sıralardan bir-bir dartınıb iclası tərk etdikcə Mehdiqulu enlənir, şişirdi. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|