ENLİsif. En cəhətdən geniş olan, köndələni uzun olan, geniş. Enli yol. Enli parça. Enli palaz. - ..Ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. N.Nərimanov. [Dərviş:] Göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar
yorğanım idi. A.Divanbəyoğlu. Surxay enli kürəyini bir az da dikəltdi. M.İbrahimov. enli... Enli sözü ilə bağlı olan bir sıra mürəkkəb isimlərin birinci tərkib hissəsi; məs.: enliağız, enlibaş, enlidöş, enlikürək, enlisifət. Paylaşın - Hamı bilsin
|