
EPİQRAF[yun. epigraphe - yazı] 1. Qədim yunanlarda: abidə üzərində yazı.
2. ədəb. Əsərin və ya onun bölmələrinin başlıqlarından sonra yazılan sözlər; zərbiməsəl, hikmətli söz. C.Məmmədquluzadə Qoqoldan öyrəndiyini və onu öz böyük müəllimi kimi hədsiz bir məhəbbətlə sevdiyini fəxrlə söyləyir və hətta .. “Qurbanəli bəy” adlı məşhur hekayəsinin “Allah sənə rəhmət eləsin, Qoqol!” epiqrafı ilə də bunu təsdiq edir. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|