
EPİQRAM[yun. epigramma - yazı]
Qədim yunanlarda: abidələr, binalar, hədiyyələr və s. üzərində yazılan yadigarlıq yazı. Feokritin zəngin ədəbi irsindən ancaq bir şeir külliyyatı qalmışdır ki, o da otuz idilliyadan və iyirmi üç epiqramdan ibarətdir. Ə.Sultanlı. 2. ədəb. Kiçik satirik şeir; həcv. [Silvio:] ..Mənim epiqramlarıma epiqramlarla cavab verirdi, [qrafın] bu cavabları mənə həmişə daha gözlənilməz, daha kəskin görünürdü.. A.Puşkindən. Paylaşın - Hamı bilsin
|