EPİZOD[yun. epeisodion - əlavə] 1. Hadisə, əhvalat, təsadüf, ittifaq, vəqə. Əsgərlər yana-yana Qələndərdən danışırdılar və kim hansı epizodu nağıl edirdisə, sözünün axırını gətirib Qələndərlə bağlayırdı. Ə.Əbülhəsən.
2. Bədii əsərin bitmiş, müstəqil olan bir parçası. Romandan bir epizod danışdı. // kit. Hadisələr silsiləsi içində bir vəqə. Əhvalatın ən romantik və dramatik epizodu. // Kinoşəklinin məzmunca bitmiş hissəsi. Bu epizodfilmin ən güclü parçasıdır. // Teatr tamaşasında əhvalatın inkişafı ilə bağlı olmayan səhnə, pərdə. Baletin dərin humanist ideyası öz ifiadəsini həm kütləvi qəhrəmanlıq səhnələrində, həm lirik adajiolarda, həm də rəqs epizodlarında tapır. (Qəzetlərdən). Paylaşın - Hamı bilsin
|