İzahlı lüğət

ERKƏN

zərf. 1. Səhər tezdən, sübhdən, ertə. Erkən yola düşmək. Erkən durmaq.
Qara .. hər səhər erkən evə gəlib qarıya baş çəkərdi. Ə.Əbülhəsən. Maya yuxudan erkən qalxdı. M.Ibrahimov. [Kamil] səhər erkən, hamıdan tez durar, .. əlüzyuyana su töküb buğlana-buğlana əl-üzünü yuyar, məktəbə gedərdi. M.Rzaquluzadə.
2. Vaxtından əvvəl, tez. Hacı yenə evə erkən qayıtmışdı. A.Şaiq. Gülpəri erkən gedib mənzilə çatmaq üçün faytonları qovdururdu. S.S.Axundov. Mən o sevdalı qızın; O qanadlı ulduzun; Hər halını sevərkən; Bu bəlaya lap erkən; Düşməyimi bilməzdim. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ERA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed