ERTƏzərfi 1. Sübhdən, tezdən, səhər tezdən, erkən, erkəndən. Ertə durmaq. Səhər ertədən işləmək. - Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı. A.Səhhət. Qurbanqulu çox işsevən bir cavan idi. Sübh hamı qonşularından ertə durub oduna, biçinə, alağa, xıra, bağa gedərdi. T.Ş.Simurq. Hazırkı gündən sonra gələn gün, dal gün, o birisi gün. Ertəyə qalan, arxaya qalar. (Ata. sözü).
Daha tez, daha erkən. Bu gün ertə durdu. // Tez, qabaq, vaxtından əvvəl. 0əhərə bir azca ertə çatmaq üçün; Tələsirdi qabaqca satmaq üçün. A.Səhhət. Paylaşın - Hamı bilsin
|