EŞƏLƏNMƏKqayıd. 1. Ayaqları ilə torpağı qurdalayaraq, qazaraq özünə yem aramaq. Cücələrim birər-birər; Suyu görüb yavuq gələr; Içər, gedər, eşələnər. A.Səhhət. Çadırımızın dörd bir yanı açıqlıq olduğundan toyuq cücələri ilə o açıqlıqda gəzişir, qurd-quş, çəyirtkə tutub yeyir və eşələnirdi. A.Şaiq.
Yerində qurdalanmaq, o üz-bu üzə çevrilmək. [Ana:] Səhər tezdən, lap toyuqlar ağacdan töküləndə biz oyanıb dururuq, [oğlum] oyanırsa da, gözü baxa-baxa yerinin içində o tərəf-bu tərəfə eşələnir. Qantəmir. Sübhanverdizadə eşələnərək məftilli krovatı cırıldatdı. S.Rəhimov. Tapdıq yerinin içində eşələndi və gözünü açdı. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|