EŞİKAĞASIis. 1. tar. Şah saraylarında təşrifat məmuru. [Nadir şah] eşikağası mənsəbini [İbrahimxəlil ağanın oğlu Fəzləli bəyə] münasib gördü və bu qulluğu o mərhumə verdi. M.Adıgözəlbəy. Zamanı eşikağası işdən agah etdi, biçarə mehtər xanın ayağına yıxıldı.. Çəmənzəminli. Ibrahim xan şairin istedadına şəxsən inanıb, onu özünə yaxınlaşdırdı və 1769-cu ildə eşikağası vəzifəsinə təyin etdi. F.Köçərli.
2. köhn. Keçmişdə: böyük adamların evində süfrəni və ev xidmətçilərini idarə edən şəxs; nökərbaşı. Xan taların sədrində taxt üstündə oturubdur: hüzurunda durubdur Səlim bəy eşikağası, əlində çomaq və hər iki tərəfdən Lənkəran bəylərindən neçələri səf çəkiblər.. M.F.Axundzadə. Bu adam rəisin eşikağası idi. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|