EŞMƏK1 f 1. Qazımaq, qazıyıb açmaq, qurdalamaq (torpağı, qumu, külü və s.-ni). ..[Pələng də] məni görmüşdü. Pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, dırmalayırdı. A.Şaiq. Səlim ilğım kolunun dibini balaca bel ilə eşməyə başladı. S.Rəhimov
Burmaq. Bığını eşmək. - [Koroğlu] pələ bığlarını eşib qulaqlarının dalına keçirdi. “Koroğlu”. ..Məmməd kişi kababı yeyib yağlı əlləri ilə bığlarını eşdi. S.Rəhman. Barmaqla hazırlamaq, sarımaq. [Daşdəmir:] Çox yaxşı tütündür, birini eşin, dadına baxın. M.Rzaquluzadə. □ Papiros eşmək - tütünü papiros kağızı arasına qoyub sarımaq, papiros hazırlamaq. Iskəndər itdən əl çəkib, həvəsli və kefli, şlyapasını krovatın üstünə çırpıb başlayırpapiros eşməyə. C.Məmmədquluzadə. Qafar eşib müştüyə keçirtdiyi papirosuna bir-iki qullab vurdu. Ə.Əbülhəsən. Hörmək. Ip eşmək. - Bir ipək və ya keçə qurşağı .. eşərdilər. Buna turna deyərdilər. H.Sarabski. Qız-gəlinlər gün doğmamış oyanır; Gur saçına sığal verib eşməyə. R.Rza. məc. Əlləşdirmək, axtarmaq, araşdırmaq, qurdalamaq, töküşdürmək. Qazı .. kitabları eşib bir qara cildli kitab götürüb açdı. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|