ESTRADA[fr.] 1. Kütlə qabağında çıxış edən artistlər üçün tikilən açıq səhnə, taxta meydança. [Səbri] ..ürəyi bərk döyünə-döyünə estradanın yanındakı ağ məhəccərə söykənərək oğrun-oğrun tamaşaçılara baxırdı. M.Hüseyn. ..Qədim Misirdə sehrbazlar və bu sehrbazların oyun çıxarmaları üçün müəyyən estradalar - səhnələr olmuşdur. Ə.Haqverdiyev.
2. Estradada göstərilən, nömrələri tez-tez dəyişən konsertlərdən və s.-dən ibarət kiçik formalı tamaşa. Estrada orkestri. Estrada nömrələri. is. [türk.] Yoldaş, dost. Minlərcə sənin eşlərin ancaq; Yoxsulları etməkdə oyuncaq. H.Cavid. Sinəm başdan-başa oddur, atəşdir; Omrüm səadətə əvvəldən eşdir. M.Rahim. Paylaşın - Hamı bilsin
|