ETİBARSIZsif 1. Etibarı olmayan. Etibarsız yoldaş. Etibarsız dost. - Etibarı kəsib, etibarsız yar; Əl qaldırıb, özgə yara yalvarar. “Lətif şah”. □ Etibarsız çıxmaq - verdiyi sözdən, vədədən qaçmaq, vəfasızlıq göstərmək.
Etibara, inanılmağa layiq olmayan; etibarını itirmiş. Sözü keçməyən, nüfuzu, hörməti olmayan; şərəf və heysiyyəti olmayan. Etibarsız adam. Qanuni qüvvəsini, təsirini itirmiş, etibarını itirmiş. Bu vəsiqə etibarsızdır. Möhkəm olmayan, davamlı olmayan. Paylaşın - Hamı bilsin
|