ETİNAis. [ər.] Artıq diqqət yetirmə, əhəmiyyət vermə, sayma. □ Etina etmək (eləmək, qılmaq) - saymaq, əhəmiyyət vermək, diqqət yetirmək, fikir vermək. Yeməyə, içməyə etina qılmır; Heç alnının qırışığı açılmır. A.Səhhət. Etina etməmək saymamaq, fikir verməmək. Dünyada yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Bir bəyə, bir xana etina eləməzdi və deyərdi: “Nə vaxt qapılarına çörəyə getsəm, verməsinlər”. Ə.Haqverdiyev. Qazının qısıla-qısıla gəlməyinə ağa artıq etina etməyib, bir az da irəli gəlməyə aman verir. Çəmənzəminli.
Paylaşın - Hamı bilsin
|