EVLƏNDİRMƏK f. Birinə arvad (qız) alıb evli etmək. Oğlunu evləndirmək. - [Cahan xala:] Rəhmətlik bacım canı ağzından çıxana kimi mənə deyərdi: Cahan, bax, Əsgəri sənə qoyub gedirəm, onu tək qoyma, evləndir. Ü.Hacıbəyov. [Mirzə Həsən:] Vəba ilində, Allah ölənlərinə rəhmət eləsin, rəhmətlik atam məni yenicə evləndirmişdi. Çəmənzəminli. Lakin evlərində xörək, yemək hazırlamağa bir arvad olmadığından atası Haşımı evləndirdi. B.Talıblı.
Paylaşın - Hamı bilsin
|