EVLİsif. Arvadı olan, əri olan (ərli), ailəli. Evli kişi. Evli arvad. - Kiçik əmioğlum hərçənd evli (z.) deyildi, lakin dul bacısı və onun iki yaşında oğlu ilə bir ailə kimi ayrıca yaşayırdılar. S.S.Axundov. Deyirlər ki, evli (z.) olmağın, uşaq babası olub külfət arasında ömür sürməyin özgə bir ləzzəti var.
A.Divanbəyoğlu. Paylaşın - Hamı bilsin
|