EYBƏCƏRLİKis. 1. Eybəcər şeyin halı; kifirlik, çirkinlik, biçimsizlik. Səməd acıqlandığı zaman üzündəki eybəcərlik daha aydın gözə çarpırdı. M.Hüseyn. ..Eybəcərliyinə görə heç kəs [Cumanın] adını çəkmir. Ə.Əbülhəsən.
2. məc. Kəsir, nöqsan, çatışmazlıq, biabırçılıq, qeyri-normal hal, iş, vəziyyət. Gör onda neçə-neçə biabırçılıqların üstü açılar, pərdələr götürülər, eybəcərliklər görünər? S.Rəhimov. Vəlini düşündürən bütün eybəcərliyi ilə hiss etdiyi həyat məsələləri idi. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|