İzahlı lüğət

EYN

is. [ər.] klas. Göz. Axdı eynim yaşı, döndü sellərə; Yar içən sulara qarışdımı ola? Aşıq Dilqəm. Müddətdir eynindən cida düşmüşəm; Həsrətini çəkər hər zaman Pəri! Aşıq Pəri. ..[Qəhrəman] düşündükcə ötən günləri xatırlayır, eynində atasının uzun yamaqlı arxalığı .. canlanırdı. S.Rəhimov.
□□ Eyni açılmaq - halı yaxşılaşmaq, kefi yaxşılaşmaq, üz-gözü açılmaq, gümrahlanmaq, dilxorluğu, kəsaləti keçmək. [Usta Murtuz Əkbərə:] ..Dur əl-üzünü yu, eynin açılsın, yatdıqca ağırlaşırsan. Mir Cəlal. Axşam kənddə əl-ayaq yığılan vaxt Qədir oyandı. Soyuq su ilə yuyunandan sonra eyni açıldı. Ə.Vəliyev. Eyninə deyil - vecinə gəlmir, saymır, təsirlənmir. Eyninə gəlməmək (girməmək) - vecinə gəlməmək, vecinə almamaq, əhəmiyyət verməmək, saymamaq, təsirlənməmək. Olsa yüz üzü gül, girməz eynimə; Mən ancaq bir gülüzarə aşiqəm. M.P.Vaqif. Top gülləsinin qabağında səngərə girən, çuxura, daş dalına soxulan, qazmaya girib gizlənən kim? Amma mən? Eynimə gəlmədi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

EYD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed