İzahlı lüğət

EYNİ

sif Bir-birinə tamamilə oxşar, bir cür, tam bənzər; oxşarı, tayı, bənzəri, tamamilə özü. Qarı qollarını çırmalayıb, Məlik vəzirin arvadını doğuzdurdu, gördü ki, bu bir oğlan doğdu ki, eyni Yusifi-Kənan. (Nağıl). Sən varlığın eynisən, buna sözmü var? Urəyisən, beynisən, buna sözmü var? M.Müşfiq. // Başqası yox, həmin, bəlli şeyin özü. Eyni yer. Eyni söz. - ..Fərhadoğlu yenə də sabah-sabah eyni mətləbdən söz açmalı oldu. S.Rəhimov. □ Eyni ilə tamamilə eyni, tamamilə olduğu kimi, tam oxşar. Keçən aylarda da bir dəfə Cuma evinə eyni ilə belə gəlmişdi. Ə.Əbülhəsən;
hərfi-hərfinə, sözü-sözünə, nöqtəsi-nöqtəsinə, necə ki var, əslində olduğu kimi. Eyni ilə köçürmək. - Mərhumun [M.F.Axundzadənin] tərcümeyi-halına dair yuxarıda icmalən verdiyimiz əhvalata iktifa etməyib, onun öz yazdığı təfsilatı fars dilindən türkcə tərcümə edib, necə ki var, eyni ilə burada zikr edirik. F.Köçərli. Eyni zamanda (vaxtda) - 1) bir vaxtda, bir zamanda. Eyni zamanda iki otaqda mühakimə gedirdi. Mir Cəlal. Qırx .. şahmatçı ilə eyni zamanda oynayırdı. İ.Əfəndiyev; 2) həmçinin, bununla bərabər. Yaxın zamanda Bağdad dünyasına məşhur oxuyan, eyni zamanda misli görünməyən bir gözəl qədəm qoyacaqdır. M.S.Ordubadi. [Qəhrəman:] Eyni zamanda [xanımın] əlindən yaxa qurtarmaq üçün çalışırdım. H.Nəzərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

EH

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed