İzahlı lüğət

EYŞ-İŞRƏT

is. bax eyş (bəzən “və” bağlayıcısı ilə). Eyş-işrət məclisi. Eyşişrətdən başı ayılmır. - Güldü gül, açıldı nərgis, lalə doldu jalədən; Ey, xoş ol kim, eyşü-işrət etməyə əsbabı var. Füzuli. Naməlsəm məhəlləsinin camaatı ata-babadan yerli, tavanalı olub, günlərini müttəsil eyş və işrətdə keçirən bir xalq idi. N.Nərimanov. Nə qədər əlində dövlət var idisə, Əmiraslan Gülpəriyə yaxın durmurdu. Amma elə ki varyoxunun hamısı eyş-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

ER

EYD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed