
EYŞis. [ər.] Kef, zövq-səfa, ləzzətli həyat. Dövlətliləriz, məqsədimiz eyşü səfadır; Mehmanlarımız büsbütün ərbabi-qinadır. M.Ə.Sabir. Yoxsullar boğulurkən; Bu qanlı, yaslı vayda; Xaqan dalmışdı eyşə; Bağlardakı sarayda. Ə.Cavad. [Xanlar] badələri qaldırıb, bir-birinə mədhlər deyib eyşi davam etdirirdilər. S.Rəhimov. □ Eyş etmək - kef çəkmək. Gülşəndə, Seyyid, içdim o şirinləb ilə mey; Eyş eylədim çəməndə bu gün xosrovanə mən. S.Ə.Şirvani.
Paylaşın - Hamı bilsin
|