EZAMis. [ər.] Xidməti və ya başqa bir iş üçün bir yerdən başqa yerə göndər(il)mə, yolla(n)ma. Katib uşağın adını yazdı, ona kağız verib maarifi komissarlığına, qəbul və ezam komisyonuna göndərdi. Mir Cəlal. Bu zaman Bəhram müxtəlifi kitablarla dolu çamadanını təşkilat şöbəsinin pəncərəsinə qoyub, ezam vərəqəsini şöbə müdirinə təqdim etdi. Ə.Vəliyev. □ Ezam edilmək (olunmaq) - müəyyən bir iş və ya tapşırıqla əlaqədar olaraq bir yerə göndərilmək, yollanmaq. Umumiyyətlə, Nemətullayev ezam olunmağı çox xoşlar, rayona mal yeritməklə məşğul olar və bununla da özünü ticarəti bilən, nadir bir adam kimi gözə verərdi. S.Rəhimov. Ezam etmək - müəyyən bir iş və ya tapşırıqla əlaqədar olaraq bir yerə göndərmək, yollamaq. Yunis öyrəndi ki, Moskva məktəblərinə ezam edən xüsusi komisyon var. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|