İzahlı lüğət

HA3

əvəz. 1. Qeyri-müəyyən zaman və ya yer bildirir; hansı. Məşədi Əsgər dinməz-söyləməz qapıdan çıxıb yola düşdü. Ha tərəfə getmək lazım olduğunu özü də bilmirdi. S.M.Qənizadə. Ha zamandansa Məsmə eşitmişdi ki, dərmanların yaxşısı ələfyyatdır. Mir Cəlal.
2. Bir şeyin davamlılığını bildirir; nə qədər. Keçəl ha ağladı ki, qovunu ver, lotubaşı vermədi. “Aşıq Qərib”. ..Ənvər ha fikirləşdi, Ayaza layiq və münasib bir cavab tapmadı. Mir Cəlal.
ha-ha, ha-ha-ha nida. Qəhqəhə, gülüş bildirmək üçün səs təqlidi söz kimi işlənir. [Mübaşir Məmməd Musa kişiyə:] ..Yoxsa bir gözləmən var, ay lotu! Ha-ha-ha! Yəqin gözləmən var. M.Ibrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed