İzahlı lüğət

HADİSƏ

is. [ər.] 1. İctimai və ya şəxsi həyatda vaqe olan, baş verən hal; əhvalat, vaqiə, vəqə. Bütün bu hadisələr yanaşı oturan adamların təsəvvürlərində canlanır.. S.Rəhimov. Kənddə olmuş hər bir hadisənin, salınan hər bağın, əkilən hər ağacın, tikilən hər evin tarixçəsini [Xoşqədəm nənədən] soruşardılar. S.M.Qədirzadə. Həyatın adi qaydasını, normal gedişini pozan iş, qəziyyə. Beynəlxalq hadisə. - Bu altı ilin içərisində bir çox hadisələr baş vermişdi. S.Hüseyn. [İdris] dərhalpolk komandiri qarşısında hərbi salama durub, hadisə haqqında qısa raport verdi. Ə.Məmmədxanlı.
Əhvalat, vaqiə, macəra. Başıma belə bir hadisə gəlib. - Danabaşlar kəndinin xarakter hadisə və tipləri seçilmiş, ümumiləşdirilmişdir. M.İbrahimov. Mehman .. maraqlı hadisələr söylər, gülməli nağıllar danışar, ötübkeçənlərdən söhbət salar, kənddəki bəzi
arvadların qoçaqlığından ürəkdolusu deyərdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HA1

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed