İzahlı lüğət

HAL1

is. [ər.] 1. Hər hansı bir səbəbdən, şəraitdən doğan vəziyyət, keyfiyyət. Xəstənin halı yaxşıdır. - Hicrin edibdi könlümü bərbad, ağlaram; Çoxlar tutar bu halıma irad, ağlaram. Natəvan. [Ceyranın] keçmiş halı ilə indiki halını müqayisə edirdim. S.Hüseyn. □ Belə halda - belə vəziyyətdə. Belə hallarda düşüncə və kədəri dostlara danışmaq və onların sərəncamında olan imkanlardan istifadə etmək lazımdır. M.S.Ordubadi. Bu hal - bu vəziyyət. [Zeynal:] Öz həyatını müəyyən bir şəklə salmalı idi. Bu hal beləcə davam edə bilməyəcəkdi. S.Hüseyn. Ayıq ol, böylə davam etsə bu hal; Millətə qorxuludur istiqbal. A.Şaiq. // İnsanın cismani vəziyyəti, yaxud əhvalı, əhval-ruhiyyəsi. Məstlik halı. Yuxulu halda. - [Mehriban] xüsusilə çocuğu doğduqda olduqca ağır və böhranlı hallar keçirmişdir. S.Hüseyn.
Güc, qüvvət, taqət. [Rəsul:] Anacan, dayanmağa halım yoxdur, gərək mən gedəm. “Aşıq Qərib”. □ Hal qalmamaq - gücdən düşmək, taqətdən düşmək, üzülmək. Ağlamaqdan qalmamışdı məndə hal. H.Cavid.
fiz. Maddəni təşkil edən hissəciklərin yerləşməsinin, qarşılıqlı əlaqəsinin və hərəkətinin xarakteri. Maddənin yeni keyfiyyət halına keçməsi. - ..Cəmi heyvanat bir dərəcə donmaq halına çatanda yarıdiri olurlar, yarıölü olurlar.. C.Məmmədquluzadə.
Vaxt, an, ləhzə. □ Bu halda - bu anda, bu vaxt. Bu halda yoldaşım içəri girdi. - Bu halda qapı döyüldü. E.Sultanov. Bu halda bayır qapıdan Sultan bəy daxil olur. U.Hacıbəyov. O halda - onda, o zaman. O halda bizdən kömək gözləmə. O halda mən gəlməyəcəyəm.
qram. İsmin başqa cümlə üzvlərinə münasibətini bildirən və hallanma formalarında ifadə olunan qrammatik kateqoriya. Azərbaycan dilində ismin altı halı vardır. Adlıq hal.
□□ Hal aparmaq - özündən getmək, huşunu itirmək, ürəyi keçmək. Hal əhli - kef çəkməyi, vaxtını kefdə keçirməyi sevən adam haqqında. Seyyid, yürü, məlum ki, hal əhli deyilsən; Dün şəb səni mən mədrəsədə qal ilə gördüm. S.Ə.Şirvani. Hal tutmaq bax hal-əhval tutmaq. Atamız doyunca xoşlandı bizdən; Sonra da hal tutdu hər birimizdən. S.Vurğun. Hala gəlmək - özünə gəlmək, gücü, qüvvəti, taqəti özünə qayıtmaq, dirçəlmək. ..Hərəmiz bir istəkan çay içəndən sonra bir qədər hala gəldik. C.Məmmədquluzadə. [Piri baba:] Qoy gəzsin, yesin, içsin, hala gəlsin. S.S.Axundov. Haldan çıxar(t)maq - normal halından çıxarmaq, hirsləndirmək. Kətxuda çox qorxaq adamdı. Uryadnikin vurulmağı onu büsbütün haldan çıxartmışdı. M.Hüseyn. Haldan çıxmaq hirslənmək, özündən çıxmaq. [Mahmud:] Sən olasan ölənlərinin goru, məni bu hirsimin tutmuş vaxtında haldan çıxartma! Ə.Haqverdiyev. Haldan düşmək - üzülmək, çox yorulmaq, əldən düşmək. [Böyük oğul:] Kişi gözləməkdən lap haldan düşdü. Qantəmir. [Musa] ..qızıl mədəninə yetişərkən haldan düşdü. S.Vəliyev. Haldan-hala düşmək halı pozulmaq, halı qarışmaq. O, oxuduqca ingilisin siması haldan-hala düşür və acığından dilini, dodağını çeynəyirdi. Qantəmir. Haldan salmaq (etmək) - üzmək, çox yormaq, əldən salmaq. Qılınc kimi kəsən külək keşikçiləri haldan salmışdı. S.Vəliyev. Halı dönmək (dəyişmək) - b a x halı pozulmaq. Ancaq bilmədim ki, bu necə işdi; Əllərim titrədi, halım dəyişdi. M.Rahim. Halı qarışmaq (dəyişmək) - normal halından çıxmaq, qanı qaralmaq, pozulmaq. Tapdılar orada qırıq qandalı; Qubernator ağanın qarışdı halı. H.K.Sanılı. Halı pozulmaq bax halı qarışmaq; 2) halı daha da pisləşmək, ağırlaşmaq. Xəstənin halı pozuldu. Aslanın halı elə pozulmuşdu ki, bıçaq vursaydın qanı çıxmazdı. S.Vəliyev. Halına ağlamaq- 1) b ax halına qalmaq. Camaatın halına ağlayan, onun dərdinə dərman axtaranların nəsli kəsilir, izi itirilirdi. H.Sarabski;
bax halına yanmaq (acımaq). [Mühəndis:] Eh, başıma gələnləri bilsən, halıma ağlarsan. S.Rüstəm. Halına qalmaq (ağlamaq) - qeydinə qalmaq, qayğısını çəkmək, qayğısına qalmaq, halını düşünmək. Ər dərdqəmin çəkmə, sən öz halına ağla; Canı bəcəhənnəm! M.Ə.Sabir. Kosa, yanında dayandığı xəstənin halına qalır və onunla birlikdə tərpənirdi. S.Rəhimov. Halına təfavüt etməmək - halına heç bir təsiri olmamaq, halında heç bir dəyişiklik əmələ gəlməmək, heç bir fərqi olmamaq. [Nəbi:] Cəbi, sən öləsən, heç halına təfavüt etmir. S.S.Axundov. Halına yanmaq (acımaq) - yazığı gəlmək, acımaq, şəfqət göstərmək, ürəyi acımaq, canıyananlıq etmək. [Mirzə Tağı:] Biçarə Iran camaatı, .. sizin halınıza yanıram, sizin halınızı yüngülləşdirməyə səy edirəm. C.Cabbarlı. Gülnaz yağışlı gecəni, oğlanın bir köynəkdə başdan-ayağa islandığını xatırladı və onun halına acıdı. Q.İlkin. Halından çıxmaq - özündən çıxmaq, hirslənmək, müvazinətini itirmək. Usta bir də halından çıxdı, az qalmışdı yenə dava düşsün. Çəmənzəminli. Halını qatmaq - qanını qaraltmaq, özündən çıxarmaq, hirsləndirmək. [Məşədi Ağakişi:] Siz öləsiz, [atlılar] düz Hacı Namazalının xırmanına sürdülər. Kişinin halını qatacaqlar. C.Məmmədquluzadə. Halını pozmaq - halına təsir etmək, adi halından çıxarmaq, hirsləndirmək. Lakin bu söz də maarif müdirinə təsir etmədi, halını pozmadı. M.İbrahimov. Hər halda - necə olsa, necə olursa olsun. Cahandar ağa Əşrəfin bu işlərinə necə münasibət bəsləyəcəyini bilməsə də, hər halda xoşagəlməz .. söhbət eşitmək istəmirdi. İ.Şıxlı. Nə halda - necə, nə cür, nə
vəziyyətdə. [Məşədi İbad:[ İndi gördünmü iş nə haldadır? Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed