İzahlı lüğət

HALİ

is. [ər.] Bir hadisə, iş haqqında məlumatı, xəbəri olan; xəbərdar, agah. Haliyəm ellərin mən cümləsindən; Gecə yatmaz bir-birinin bəhsindən. Aşıq Ələsgər. □ Hali etmək - xəbərdar etmək, agah etmək, məlumat vermək, bildirmək. Yolda kəndlilər
Nəbini işdən hali edirdilər. “Qaçaq Nəbi”. [Fəxrəddin bəy:] Allah xətrinə, tez məni hali eylə. N.Vəzirov. Hali olmaq - xəbəri olmaq, agah olmaq, xəbərdar olmaq, bilmək, öyrənmək. Abbas Pəri xanımın kağızını oxuyub məzmunundan hali olandan sonra bağa gəldi. “Abbas və Gülgəz”. Nərminə vəziyyətdən hali olub doyunca güldü. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed