İzahlı lüğət

HAMAM

is. [ər.] Çimmək üçün isti və soyuq suyu olan xüsusi bina. Şəhər hamamları. Məhəllə hamamı. - [Məşədi Qəzənfər:] Daha kim deyə bilər ki, hamam pis şeydir. U.Hacıbəyov. [Qərənfil:] İnişil təşəbbüs qaldırdınız ki, hamam tikək, hələ hörgüsü bir arşın qalxmayıb. İ.Əfəndiyev. // Vanna otağı, hamamxana. [Şirzad:] Kəsir odur ki, belə gözəl evin mətbəxi və hamamı yoxdur. M.Ibrahimov.
□□ Hamam kimi - çox isti yer haqqında. Ev hamam kimi idi. Qantəmir. Hamam suyu ilə dost tutmaq - asan yolla, heç bir xərc çəkmədən, havayıdan özünə dost qazanmağa çalışmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed