İzahlı lüğət

HAMİ

is. [ər.] 1. Birini himayə edən, himayəsi altına alan, qoruyan; himayəçi, havadar, arxa. Rüstəm bəyin üzündə hami axtaran bir çocuq ifadəsi vardı. Çəmənzəminli. Geydiyin arxalıqdır; Hamidən arxalıqdır; Hicran əydi aşiqi; Bu necə arxalıqdır? (Bayatı). □ Hami olmaq - birisinə arxa durmaq, havadarlıq etmək, himayəçi olmaq. ..Qulam müəllim başsız qalmış Nənəqız ailəsinin hamisi olmaq, onun çocuqlarına yardım etmək istəyirdi. S.Rəhimov.
2. Birisinə və ya bir təşkilata hamilik edən adam və ya təşkilat. Bu işdə hamilər çox kömək edə bilərlər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed