İzahlı lüğət

HAQLI

sif Düz deyən, düzgün fikirləşən, düz hərəkət edən, səhv etməyən (haqsız əksi). Xan, arvadının sözlərinin haqlı olduğunu anladı. Çəmənzəminli. Mühəndis etirafında haqlı idi. Ə.Sadıq. // Doğru, düz, düzgün, yerində, həqiqətə əsaslanan. Haqlı təklif Haqlı tələb. Haqlı etiraz. - [Nadir] ..özünü töhmətləndirib, Məcidin hərəkətini haqlı (z.) görərək onun evləndiyini ağıllı iş hesab edirdi. Talıblı. Getmədi, getmədi qulaqlarından; Oğlunun dediyi o haqlı sözlər. B.Vahabzadə.
□□ Haqlı çıxarmaq - bəraət qazandırmaq, doğrultmaq. Əmir bu sözləri dedikdən sonra qismən sakit olmuşdu. O, qadınını haqlı çıxarmağa və öz vicdanını qane etməyə tələsirdi. M.S.Ordubadi. Haqlı çıxmaq - bir mübahisədə, tələbdə, fikirdə və s. doğru olduğu aşkar olmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed