İzahlı lüğət

HAQSIZ

sif və zərf 1. Haqq və insafa uyğun olmayan; ədalətsiz, nahaq, əsassız. Haqsız iddia. Haqsız cəza. - Mürsəqulu .. haqsız işə razı olmayan bir adam idi. S.Hüseyn. [Tahir:] ..Mən özümdən başqa hamını günahkar hesab eləməkdə haqsızam. M.Hüseyn. // Əbəs, nahaq, bihudə, boş yerə. [Rüstəm:] Haqsız qanlar axmasın deyə; Səyavuşla Piran gəldi bir rəyə. H.Cavid. □ Haqsız yerə - əbəs, nahaq, heç bir ehtiyac olmadan, boş yerə. [Qanpolad:] Səlim! Burax, haqsız yerə tökmə qan. H.Cavid. Xanım haqsız yerə [Sarıköynəyi] söyüb-danlamağa, döyübincitməyə başlayır. S.Hüseyn.
2. Heç bir haqqı, hüququ olmayan.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

H

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed