İzahlı lüğət

HARA

sual əvəz. 1. Hansı yer, hansı məkan, yaxud hansı istiqamət, hansı tərəf. Kitabları hara qoydu? Stulu hara apardın? [Sevil Gülüşə:] Balaşdan soruşmamış hara gedə bilərəm? C.Cabbarlı. [Gülsənəm:] Ağa, bu qabları hara düzəcəyik? H.Nəzərli.
Bədənin və ya bir şeyin hər hansı bir yeri. Onun harası pisdir? Harasına gözəl deyirsən! - [Məşədi İbad:] A kişi, bircə mən bilmədim ki, camaat mənim harama qoca deyir! U.Hacıbəyov. [Şahmar Şahpəriyə:] Mənim yaram ağrıyır, sənin haran ağrıyır. B.Bayramov. Haradasa şəklində - naməlum yerdə, qeyri-müəyyən yerdə. Haradasa uşaq ağlayırdı. - Qaraşın səsi çox zəiflədi, haradasa kəsilib qırıldı. M.İbrahimov. Haradasa böcəklər hərdənbir cırıldaşırdı. Q.İlkin.
□□ ...hara, ...hara - iki və ya çox şeyin keyfiyyətinin, vəziyyətinin müqayisəsində işlədilir. Həftəbaşı Xınalığa gələn avtodükan yeni-yeni mallar gətirir. Indiki Xınalıq hara, keçmişki hara. R.Rza. Vətən günü-gündən dönür gülzara; Gor dünənim hara, bu günüm hara. B.Vahabzadə. Sən hara, bura hara bir adamı gözlənilməyən bir yerdə gördükdə təəccüb məqamında işlədilir. Sən hara, bura hara, yəqin sən də ziyarətə gəlmisən? E.Sultanov. [Sultan bəy: ] Paho, Süleyman, sən hara, bura hara? U.Hacıbəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

H

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed