İzahlı lüğət

HARAM

sif [ər.] 1. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə icazə verilməyən (halal əksi). Haram mal bərəkət tutmaz. (Ata. sözü). [Yaşlı kişi:] Mən tamamilə mövhumatçı bir gəncdim, din və şəriətin haram bildiyi heç bir iş arxasınca getməmişdim. S.Hüseyn.
məc. Zəhmətlə, əməklə, düz yolla qazanılmayan, əldə edilməyən. [Musa:] Çalış, sən həmişə öz əməyin ye; Haram mal yeməyə alışma, dilim. “Abbas və Gülgəz”. Kimsə öz adına vurmurdu ləkə; Acından ölsə də haram yemirdi. Ə.Kürçaylı.
□□ Haram eləmək (etmək) - b a x haram qatmaq 2-ci mənada. [II qul:[ Yenə səhər tezdən Bəhram; Yuxumuzu etdi haram. A.Şaiq. Bu söz çox vaxt [Ağasəfər və Həmzənin[ yediyini haram etmişdi. Ə.Əbülhəsən. Haram iliyi - bax onurğa beyni ("onurğa”da). Balığın sinir sistemi beyin və haram ilikdən və buradan da bədənin hər tərəfinə yayılan incə sinirlərdən ibarətdir. C.Cəbrayılbəyli. Haram qatmaq, harama qatmaq - 1) təmiz, düz yolla əldə edilmiş bir şeyi korlamaq, təmizlikdən məhrum etmək. [Xortdan:[ Hamı yəqin edir ki, belə adam müştəri aldadıb malına haram qatmaz. Ə.Haqverdiyev. [Yaşlı kişi tacirə:[ Sən mənim xeyir-bərəkətimi qaçıracaqsan, sən mənim halal malıma haram qatacaqsan!.. - deyərək uzun-uzadı deyinərdi. S.Hüseyn; 2) pozmaq, mane olmaq. Haram qatıb onlar şirin yuxuya; Yetişdilər səhər tezdən Nuxaya. H.K.Sanılı. Atlar yorulmuşdu. Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə haram qatmaq istəmirdilər. İ.Şıxlı. Haram olsun! - qarğış məqamında işlədilir. Ananın südü sənə haram olsun. - [Teymur ağa:[ Mənim atamın yaxşılıqları [vəzirə[ haram olsun! M.F.Axundzadə. Haram tikə - düzgün olmayan yollarla əldə edilmiş hər hansı bir şey. Azdı ac gödənə yüz haram tikə.. M.Araz.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed