HARAY1. nida. Dad, aman, vay, dad-fəryad, dad-fəğan. Haray, kim nə dilim var, nə dil anlayanım. Qövsi. Haray, ey şerimin tunc qanadları; Fikrimin, hissimin ceyran atları. M.Müşfiq.
is. Qışqırıq, hay-küy, cığır-bağır, bağırtı səsi; qışqırıq-bağırıq. Məscidi doldurur haray, qışqırıq; Qarğış, hədələmə, söyüş, fısqırıq. S.Vurğun. Kənddə qulaqbatıran bir haray vardı. M.Hüseyn. □ Haray çəkmək (qoparmaq) - b ax haray salmaq 2-ci mənada. Qatar yaxınlaşır haray çəkərək; Gözətçi özünü itirir bu an. B.Vahabzadə. Balta durmadan yarır; Motor haray qoparır. İ.Səfərli. Haray etmək - bax haray salmaq 1-ci mənada. Bir çoban bir gün etdi dağda haray; Canavar var, - dedi, - gəlin, ey vay. M.Ə.Sabir. Haray salmaq - 1) qışqırmaq, bağırmaq, çığırmaq, haray etmək. Kəndə bir az qalmış qoca qabağa gedib səsi dolusu haray saldı. S.Rəhimov; 2) səs-küy salmaq, gurultu qoparmaq, gurultu salmaq (qoparmaq). Haray salıb dağa-daşa; Köpüklü çay daşa-daşa; Axar uca qayalardan. Vahabzadə. is. Kömək, imdad. [İskəndər xan:[ ..Atamdan mənə bir haray olmayacaq, qalmışam naçar. N.Vəzirov. [Fazil:[ Vallah, mən özüm də məəttəl qalmışam, çünki o dəli övrətdən də, deyəsən, bir haray yoxdur. Məmmədquluzadə. □ Haraya gəlmək (yetmək, yetişmək, çatmaq) - köməyə gəlmək, imdada yetmək. [Ağa:[ Haraya gəlincə itlər məni bu gördüyünüz halətə saldılar. Ə.Haqverdiyev. Qız müəllimin harayına çatmaq istədi. S.Rüstəm. Ona yetmək üçün haraya dostlar; Aldı təyyarəni araya dostlar. M.Rahim. Paylaşın - Hamı bilsin
|