İzahlı lüğət

HARIN

sif 1. Yaxşı bəslənməkdən, yaxşı baxılmaqdan kökəlmiş, qızğınlaşmış, azğınlaşmış; tünd. Harın dayça. - [Xanlar:] Nə qədər xam və harın at olsa, [anam] cilovunu dəstələyib belinə atılasıdır. Qantəmir. Xanın doqquz ay qaranlıq tövlədə bəslənmiş harın buğasını meydana çıxardılar. M.Rzaquluzadə.
2. məc. Qudurğan, azğın, həddindən artıq lovğa, özündənrazı, mütəkəbbir adam haqqında. Harın qız. - Rüxsara xanım Kərbəlayı Səftərin tox və harın sifətini görüb, bir söz demədi, ətrafına göz gəzdirdi. T.Ş.Simurq. Bu almazlar işğalçıların zəngin salonlarında bərq vurur, harın xanımların qolunu, boynunu bəzəyir. R.Rza.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HA2

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed