İzahlı lüğət

HAŞİYƏ

is. [ər.] 1. Parçanın və s.-nin kənarında rəngi, gülü, materialı cəhətdən ondan fərqlənən zolaq. Döşəmənin haşiyəsi. Çarşabın kənarında yaşıl ipəklə tikilmiş haşiyələr var idi. M.S.Ordubadi. Xalçanın naxışlı yol-yol haşiyələri gözlərdə parıldayırdı. Mir Cəlal. // Parçanın, divar kağızının və s. kənarlarını çevrələyən zolaq. // Çərçivə. Kitab və s.-nin səhifələrinin kənarında ağ yer. Kitabın haşiyəsi. // Həmin ağ yerdə yazılmış yazı, qeyd.
məc. Əsas məsələ ilə əlaqəsi olmayan və ya az əlaqəsi olan danışıq, ya yazı. Hə, hə - deyə, Naznaz Yarməmmədin haşiyəsinə qulaq asmayıb tələsdirdi. M.İbrahimov. Haşiyə çıxmaq - mətləbdən kənara
çıxmaq, əsas məsələni qoyub başqa şeylərdən danışmaq, ya yazmaq. Buradan bir haşiyə çıxıb keçən günlərə qayıdıram. C.Məmmədquluzadə. O, bir şəlalədir axır ürəkdən; Burda bir haşiyə çıxmalıyam mən. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HM

HOP

......